Qızlarımız almanları məğlub edib
02 Mart 2011 Çərşənbə 23:11
"Lokomotiv" "Çellenc Kuboku"nun yarımfinalına çıxıb
Almaniyanın Şveriner şəhərində qadınlar arasında voleybol üzrə “Çellenc Kuboku” yarışlarında yerli “Şveriner” komandası ilə Azərbaycanın “Lokomotiv” klubu arasında 1/4 final mərhələsinin cavab görüşü keçirilib.

“Lokomotiv” inadlı mübarizə sayəsində Almaniya klubuna 3:2 (17:25, 25:23, 16:25, 25:23, 16:14) hesabı ilə qalib gəlib. “Lokomotiv” yarımfinalda “İqtisadçı” (Azərbaycan) – “Kralovo Pole” (Çexiya) cütlüyünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, “Lokomotiv” klubu Bakıda 3:0 hesabı ilə qalib gəlmişdi və yarımfinala çıxmaq üçün Almaniyada hər hansı bir nəticə ilə qələbə qazanılması kifayət edirdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar