Qızlar həyəcanlı idi
17 Fevral 2011 Cümə Axşamı 23:53
Sissi Rayt: "Gürcüstan yığmasına qarşı oyunda kifayət qədər ötürmə səhvlərinə yol verdik"
"Bir tərəfdən qızlarda böyük sevinc var idi ki, onları bu qədər azarkeş dəstəkləyirdi. Digər tərəfdən isə qızlar doğma meydanda ilk beynəlxalq oyuna çıxdıqları üçün həyəcanlı idilər". Bu sözləri 17 yaşadək qızlardan ibarət yığma komandamızın baş məşqçisi Sissi Rayt deyib. Məşqçi hücumlar qurmaqda çətinlik çəkmələrini ötürmələrdə etdikləri səhvlərlə əlaqələndirib.
"Oyunboyu kifayət qədər ötürmə səhvlərinə yol verdik. Bu səbəbdən hücum qurmaqda çətinlik çəkirdik. Gürcüstan yığması ilə şənbə günü keçiriləcək ikinci oyunun hazırlığına bu gündən başlayacağıq", - deyə o vurğulayıb.
Xatırladaq ki, Gürcüstan yığması ilə qarşılaşan qızlarımız 0:1 hesablı məğlubiyyətlə üzləşib.
DOSTLARINLA PAYLAŞ: