Qızıl topun sahibi məlum oldu
07 Yanvar 2013 Bazar Ertəsi 23:04
Argentinalı futbolçu Lionel Messi ardıcıl dördüncü dəfə fəxri mükafata sahib çıxıb
FIFA "Qızıl topu"nun 2013-cü ildəki sahibi məlum olub. ANS PRESS-in məlumatına görə, "Barselona" klubunun argentinalı futbolçusu Lionel Messi ardıcıl dördüncü dəfə bu mükafata layiq görülüb.

L. Messi "Barselona"nın digər üzvü Andres İnyesta və "Real"ın futbolçusu Kriştiano Ronaldonu qabaqlayıb.

Lionel Messi "Qızıl top"a dördüncü dəfə sahib çıxmaqla rekorda imza atıb. Buna qədər frasalı futbolçu Mişel Platini üç dəfə fəxri mükafata layiq görülmüşdü.


DOSTLARINLA PAYLAŞ:

oyunlar