"Qızıl top"un sahibi klubunu dəyişə bilər
15 İyul 2010 Cümə Axşamı 16:55
"Yuventus" Diyeqo Forlanı transfer etmək niyyətindədir.
İtaliyanın “Yuventus” klubu Dünya Çempionatı-2010-nun ən yaxşı futbolçusu seçilən uruqvaylı Diyeqo Forlanı transfer etmək üçün hərəkətə keçib. “Yuventus”un baş direktoru Beppe Marottanın Forlanın çıxış etdiyi “Atletiko” klubu rəhbərliyi ilə yaxşı münasibətdə olması bu keçidin reallağını bir qədər artırır. Forlanın transfer dəyərinin 18-30 milyon dollar civarında olduğu deyilir.

Xatırladaq ki, Diyeqo Forlanın şərəfini qoruduğu Uruqvay yığması mundialda 4-cü yeri tutaraq böyük uğura imza atmışdı. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar