Qızıl top sahibi klubsuz qalıb
13 Avqust 2010 Cümə 15:50
Qızıl top sahibi Rivaldo özünə komanda axtarmaq üçün vətəninə gedib.
Dünya Çempionatı - 2010-nun qalibi, bir zamanların məşhur braziliyalı futbolçusu Rivaldo klubsuz qalıb.
“Bütün deyilənlər doğrudur. Hazırda mən heç bir klubda oynamıram. Vətənim Braziliyaya gedirəm”, - deyə Rivaldo bildirib.
38 yaşlı Rivaldonun son klubu Özbəkistanın “Bunedkor” klubu olub. Rivaldo bu klubda çıxış edənədək AEK, “Olimpiakos”, “Milan”, “Barselona”, “Deportivo”, “Palmeyras” və “Korintians” kimi klubların da şərəfini qoruyub.
Xatırladaq ki, Rivaldo 1999-cu ildə Avropanın ən yaxşı futbolçusu üçün nəzərdə tutulmuş “Qızıl top” mükafatına layiq görülmüşdü. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: