“Qızıl Qran-pri” start götürür
27 Yanvar 2010 Çərşənbə 09:55
“Qızıl Qran-pri” start götürür. Güləşçilərimiz Krasnoyarska yola düşüblər.
Sabah Rusiyanın Krasnoyarsk şəhərində ikiqat Olimpiya çempionu İvan Yarıginin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” turniri keçiriləcək.
Yarışda Azərbaycanın sərbəst güləş üzrə yığma komandası da iştirak edəcək.
Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, komandanın heyəti artıq müəyyənləşdirilib.
Millimizi bu beynəlxalq turnirdə Yaşar Əliyev, Namiq Sevdimov (hər ikisi 55 kq), Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 60 kq), Emin Əzizov, Cəbrayıl Həsənov (hər ikisi 66 kq), Əşrəf Əliyev (74 kq), Novruz Temrezov (84 kq), Mehman İmanquliyev, Cəmaləddin Maqomedov (hər ikisi 96 kq) və Maksim Proxorov (120 kq) təmsil edəcək.
Baş məşqçi Saypulla Absaidov və məşqçi Aslan Ağayev səfərdə komandaya rəhbərlik edəcəklər.
Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərov və beynəxalq dərəcəli hakim Fərəqət Cəlalov da qran pri-də referi kimi ölkəmizi təmsil edəcəklər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: