Qış Olimpiya Oyunları Qazaxıstanda keçirilecek?
24 Avqust 2013 Şənbə 22:36
Qış Olimpiya Oyunları hansı şeherde keçirileceyi 2015-ci ilde keçirilen seçkide melum olacaq.
Qazaxıstan 2022-ci ildə keçiriləcək Qış Olimpiya Oyunlarına ev sahibliyinə öz namizədliyini irəli sürüb. Bununla bağlı artıq Qazaxıstan tərəfi rəsmi olaraq Beynəlxalq Olimpiya Komitəsinə müraciət edib. ANS PRESS xarici informasiya vasitəsinə istinadən xəbər verir ki, Qazaxıstan Respublikasının Milli Olimpiya Komitəsinin vitse-prezidenti Pavel Novikov şanslarının yüksək olduğuna inandıqlarını bildirib.

Qeyd edək ki, 2022-ci ilin Qış Olimpiadasına iddialı ölkələr həmçinin Norveçin Oslo, Polşanın Krakov, Almaniyanın Münhen, Ukraynanın Lvov və İspaniyanın Barselona şəhərləridir. Həmin olimpiadaya hansı şəhərin ev sahibliyi edəcəyi 2015-ci ildə keçirilən seçkidə məlum olacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar