Qış Olimpiya Oyunları başlayır
12 Fevral 2010 Cümə 10:05
Yarışlar Kanadanın Vankuver şəhərində baş tutacaq
Bu gün Kanadanın Vankuver şəhərində sayca 21-ci Qış Olimpiya Oyunlarına start verilir. Yarışa Azərbaycanı təmsil edən idmançılar da qatılacaqlar. Vankuverdə ölkəmizin şərəfini iki idmançı qoruyacaq.

Bunlar Sedrik Notz və Qaya Bassani Antivaridir. Hər iki idmançımız dağ xizək idmanı yarışlarına qatılacaqlar. Yarışlar fevralın 28-dək davam edəcək.

Xatırladaq ki, Kanadanın Vankuver şəhəri bu vaxtadək 1976 və 1980-ci illərdə iki dəfə Qış Olimpiya Oyunlarını keçirmək üçün öz namizədliyini irəli sürmüşdü. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar