Qırmızı vərəqə ləğv edildi
08 Fevral 2011 Çərşənbə Axşamı 16:20
AFFA-nın İntizam Komitəsi müvafiq qərarlar qəbul edib
AFFA-nın İntizam Komitəsinin toplantısı baş tutub. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, toplantıda ölkəmizdə AFFA-nin bayrağı altında keçirilən futbol oyunlarındakı mübahisəli məqamlar müzakirə edilərək müəyyən qərarlar qəbul olunub.

İntizam Komitəsinin qərarları ilə sizi də tanış edirik: 1 fevral 2011-ci il tarixində “Azercell U-17 Liqa”nın “MKT-Araz” – MOİK matçının 30-cu dəqiqəsində “MKT-Araz” klubunun 3 №-li futbolçusu Vasif Mehralıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır. Oyunun 77-ci dəqiqəsində MOİK klubunun 11 №-li futbolçusu Adil Məmmədhüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır.

1 fevral 2011-ci il tarixində “Azercell U-17 Liqa”nın “Neftçi” İSM – “Bakı” matçının 76-cı dəqiqəsində “Bakı” klubunun 4 №-li futbolçusu Nicat Əsgərov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır. Oyunun 77-ci dəqiqəsində “Bakı” klubunun 13 №-li futbolçusu Haqverən Yusifov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır. Matç başa çatdıqdan sonra Bakı” klubunun 5 №-li futbolçusu Cəmil Hacıyev hakimi təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəzalanır.

2 fevral 2011-ci il tarixində “Kapital Bank U-15 Liqa”nın “Bakı” – “Neftçi” matçının 70+2-ci dəqiqəsində “Bakı” klubunun 6 №-li futbolçusu Əlövsət Hüseynov aqressiv oyuna görə (rəqibə dirsəklə zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır. Lakin matçın videoyazısını izlədikdən sonra hakimin epizodu görmədiyi və səhvən “Bakı” klubunun futbolçusunu meydandan kənarlaşdırdığı aşkar edilib. Bu səbəbdən də futbolçuya göstərilmiş qırmızı vərəqə ləğv edilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar