Qələbənin ardı gəlmədi - şahmatçılarımız uduzdu
07 Yanvar 2010 Cümə Axşamı 23:20
Qələbənin ardı gəlmədi - şahmatçılarımız uduzdu. Azərbaycan yığması Hindistana məğlub olub.
Yanvarın 7-də Türkiyənin Bursa şəhərində keçirilən şahmat üzrə komandalararası dünya çempionatının 3-cü turunda Azərbaycan komandası Hindistan yığmasına məğlub olub. Komandamıza ilk xalı dördüncü taxtada mübarizə aparan Şəhriyar Məmmədyarov gətirib. Şahmatçımız ağ fiqurlarla Narayanan Qopalı təslim edərək, turnirdə ardıcıl üçüncü qələbəsini qazanıb.
İkinci taxtada komandamızın şərəfini qoruyan Teymur Rəcəbov isə Pentala Xarikrişnanın müqavimətini qıra bilməyərək, nəticədə rəqibi ilə “sülh” bağlayıb.
Təəssüflər olsun ki, yığmanın birinci və üçüncü taxtada çıxış edən üzvləri məğlubiyyətlə üzləşib. Vüqar Həşimov gözlənilmədən Krişnan Saşikirana, Qadir Hüseynov isə Suriya Qanquliyə uduzub. Beləliklə, Azərbaycan və Hindistan şahmatçılarının görüşü müvafiq olaraq 1,5:2,5 hesabı ilə nəticələnib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: