Qələbəni Azərbaycan ordusuna həsr edirik
09 Aprel 2011 Şənbə 23:08
Cokiça Hadziyevski: “Uşaq səhvləri buraxdıq”.
"Maraqlı qarşılaşma oldu, gərgin mübarizənin şahidi olduq. Buraya 3 xal üçün gəlmişdik, qalib gəlməyə layiq idik. Vaxtında qolumuzu vurduq, ikinci topdan sonra üstünlük əldə etdik”. ANS PRESS-in məlumatına görə, bu sözləri "Simurq"la qarşılaşmadan sonra MOİK-in baş məşqçisi Ramil Əliyev deyib. “Qələbəyə görə şadam, komandamı təbrik edirəm. Bu qələbəni Azərbaycan ordusuna həsr edirik”, - deyə baş məşqçi əlavə edib.
"Simurq" klubunun baş məşqçisi Cokiça Hadziyevski isə oyunda səhvlər etdiklərini bildirib: "MOİK-i qələbə münasibəti ilə təbrik edirəm. Uşaq səhvləri buraxdıq. Müdafiəçilərimiz erkən qol buraxdı, psixoloji tarazlığı itirdik. İkinci hissədə isə künc zərbəsindən sonra ikinci qolu buraxdıq, oyunumuz alınmadı. Məğlubiyyətdə ilk növbədə baş məşqçi günahkardır, mən öz günahımı boynuma alıram. Rəhbərlik etdiyim komandada hər hansı bir oyunçunun səhvini boynuna almasını görməmişəm".
Xatırladaq ki, Unibank Premyer Liqasının XXVI turunda Simruq öz doğma meydanında MOİK-i qəbul edib. Qarşılaşma hərbçilərin xeyrinə başa çatıb – 1:2 ANSPRESS
DOSTLARINLA PAYLAŞ: