Qələbə bizim üçün vacibdi
19 Noyabr 2010 Cümə 23:15
Elnur Allahverdiyev: “Çalışırıq ki, qələbə qazanaraq yerimizi möhkəmləndirək”
""Muğan"la oyuna çox ciddi hazırlaşırıq. Bu görüşdə qələbə qazanmaq bizə çox vacibdi". Bu sözləri Fanat.az-a "Xəzər Lənkəran"ın oyunçusu Elnur Allahverdiyev deyib.

Millinin də üzvü olan futbolçu bazar günü keçiriləcək oyuna yüksək səviyyədə hazırlaşdıqlarını bildirib: "Biz çempionluğa oynayan komandayıq. Çalışırıq ki, qələbə qazanaraq yerimizi möhkəmləndirək. Rəqiblərimizin də nəticələrini gözləyirik. Hazırlıq baş məşqçimizin rəhbərliyi altında çox yüksək səviyyədə davam edir".


DOSTLARINLA PAYLAŞ:

oyunlar