Qədir Hüseynov Yuqra kubokunu qazandı
14 Sentyabr 2011 Çərşənbə 05:17
O, 11 mümkün xaldan 9 xal toplayıb
Xantı-Mansıda sürətli şahmat üzrə Yuqra kuboku (Rusiyanın Qran-pri mərhələsi) başa çatıb. İsveçrə sistemi üzrə 11 turda keçirilmiş oyunda dünyanın 6 ölkəsindən və Rusiyanın 15-dən çox regionundan 122 oyunçu, o cümlədən 25 beynəlxalq qrossmeyster, 8 beynəlxalq dərəcəli usta, 11 FUDE ustası və 40 nəfərdən çox idman ustalığına namizəd yarışıb.

AzərTAc xəbər verir ki, turnirin qalibi və sürətli şahmat üzrə Yuqra kubokunun sahibi 11 mümkün xaldan 9 xal toplamış Azərbaycan qrossmeysteri Qədir Hüseynov olub.

Ufadan olan beynəlxalq qrossmeyster Denis Xismatullin ümumi hesabda 11 mümkün xaldan 8,5 xal nəticə ilə üçüncü yeri tutub. İkinci yer isə 8,5 xalla, lakin daha yaxşı əmsalla Belarusdan olan beynəlxalq qrossmeyster Sergey Jiqalkonun olub.

Turnir İsveçrə sistemi üzrə 11 turda keçirilib, bütün oyuna 10 dəqiqə, bir gediş üçün hər iştirakçıya 5 saniyə əlavə vaxt verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar