Qəbələdə möhtəşəm stadion olacaq
20 Avqust 2010 Cümə 17:40
Arenanın 18 aya hazır olacağı bildirilir.
"Yanvar ayında ümumi tutumu 15-16 min nəfər olan yeni stadionun tikintisinə başlanılacaq. Stadionun 18 ay ərzində tikilib istifadəyə verilməsi planlaşdırılır". Bu sözləri "Qəbələ" klubunun marketinq üzrə direktoru Səməd Nəsibov deyib. Klub rəsmisi bildirilib ki, bundan başqa azarkeşlər üçün marşlar yazılacaq, onların komandanı durmadan dəstəkləmələri istiqamətində işlər görüləcək: "Fan-klubu da inkişaf etdirmək, yeni texnologiyalardan istifadə etmək istiqamətində addımlar atacağıq. Bəzən 200 tamaşaçıdan ibarət qrup 30 min nəfərlik tamaşaçı tutumuna malik stadionun səsini batırır. Biz də belə bir yenilik etmək, azarkeşlərlə işimizi bu istiqamətdə qurmaq istəyirik. İstəyirik ki, stadionumuz hazır olduqdan sonra tərəfdarlarımız oyunlarımıza sanki bir tamaşa izləmək üçün gəlsinlər. Hazırda yeni fan-klubumuzun yaradılması yönündə işlər görülür".

Xatırladaq ki, “Qəbələ” futbol klubu məşhur ingilis baş məşqçi Toni Adamsı komandaya təyin edərək gələcəyin komandasını bəyan etmişdi. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar