Qəbələ yeni transferlərini təqdim edəcək
27 İyul 2010 Çərşənbə Axşamı 16:55
Mərasim avqustun 4-də Qəbələdə baş tutacaq.
"Qəbələ" yeni transferlərini ictimaiyyətə təqdim edəcək. Baş məşqçi Toni Adamsın rəhbərlik etdiyi komanda mövsümün startından 3 gün öncə - avqustun 4-də təqdimat mərasimi keçirəcək. Mərasimin "Qəbələ"də baş tutacağı bildirilir.

Xatırladaq ki, "Qəbələ" hələ ki, yalnız bir əcnəbi futbolçu - Yamayka yığmasının sabiq üzvü Deon Con Bartonla müqavilə bağlayıb.

Hazırda komandanın düşərgəsində İngiltərə, Braziliya, Qana və Avstriyadan oyunçular var. Onlarla yaxın günlərdə müqavilə imzalanacaq. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar