Qebele Türkiyə klubunu darmadağın etdi
10 İyul 2013 Çərşənbə 22:35
Azərbaycan təmsilçisi "Spartaspor"un qapısından 7 cavabsız top keçirib.
Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ" klubu bu gün növbəti yoxlama matçına çıxıb. Qol.Az-ın məlumatına görə, Yuri Syominin komandası Türkiyə Superliqa
təmsilçisi "Antalyaspor"la üz-üzə gələcəkdi.

Lakin qarşılaşma başqa tarixə keçirilib. Əvəzində isə "Qəbələ" klubu bu gün Türkiyə həvəskarlar liqasında yarışan "Spartaspor"la qarşılaşıb. Oyuna daha yaxşı başlayan "Qəbələ" ilk dəqiqələrdən hesabı açıb. Daha sonra isə "Qəbələ" rəqibini darmadağın edib - 7:0.

Bu oyun "Qəbələ"nin Türkiyədə üçüncü yoxlama matçı olub. Belə ki, daha öncə "Metallurq" (Zaporejye) klubu ilə 1:1 bərabərə qalan "Qəbələ" ardından "Trabzonspor"a 0:2 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, "Qəbələ" iyulun 13-də "Mersin İdmanyurdu" klubu ilə qarşılaşacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar