"Qəbələ" "Simurq"u məğlub edib
01 Oktyabr 2010 Cümə 18:35
Qonaqlar Zaqataladan qələbə ilə dönür.
Bu gün Unibank Premyer Liqasının VIII turu çərçivəsində Zaqatala rayonunun yerli “Simurq” komandası Qəbələnin eyni adlı komandasını qəbul edib. ANS PRESS-in məlumatına görə, qarşılaşma qonaqların xeyrinə başa çatıb (0:2).

Qarşılaşmanın 14-cü dəqiqəsində hesabı Saşa Yunusoğlu açıb. 85-ci dəqiqədə isə Terri Kuk “Qəbələ”nin ikinci qolunu “Simurq”un qapısından keçirib. Bununla da son turda "Qarabağ"ı məğlub edərək turnir cədvəlində 9-cu pilləyə yüksəlmiş Toni Adamsın yetirmələri "Simurq" üzərində qələbə ilə daha da irəliləyə bilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar