Qəbələ - Neftçi matçından sonra stadionda dava düşüb
20 Noyabr 2011 Bazar 19:11
Meydan sahiblərinin azarkeşləri oyunun baş hakiminə hücum edib.
Premyer Liqanın 13-cü turunun “Qəbələ” – “Neftçi” matçından sonra meydanda qalmaqal yaşanıb. Qarşılaşma başa çatan kimi meydan sahiblərinin azarkeşləri meydana axışıb.

Onlar görüşün baş hakimi Ramil Diniyevi vurmağa başlayıb. Buna səbəb isə referinin son dəqiqələrdə “Qəbələ”nin qapısına təyin etdiyi penalti olub. Hansı ki, Fərid Quliyev bu penaltini boşa verib.

Bu olay komandaların azarkeşləri arasında da davaya səbəb olub. Kütləvi dava-dalaşı sakitləşdirmək üçün polislər işə qarışmalı olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar