"Qəbələ" "Liverpul"a məğlub oldu
11 Fevral 2011 Cümə 18:10
Klubun 14 yaşlı futbolçuları ingilislərə 6:0 hesabı ilə uduzub
İngiltərədə səfərdə olan "Qəbələ"nin 14 yaşadək futbolçulardan ibarət komandası növbəti yoldaşlıq oyununu keçirib. Komanda "Liverpul"dan olan həmyaşıdları ilə qarşılaşıb. İngiltərə klubu "Qəbələ"yə 6:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Qəbələ" bundan əvvəl "Mançester Yunayted"ə 0:3, "Everton"a isə 0:4 hesabı ilə yenilmişdi. “Qəbələ”nin 12 fevralda “Blekbörn”, 14 fevralda “Şeffild Yunayted”lə oyunlar keçirəcəyi gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar