AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun yarımfinal matçlarında baş verən hadisələrlə bağlı qərar verib. PFL-dən verilən məlumata görə, aprelin 29-da keçirilən "İnter" - "Qəbələ" matçının 30-cu dəqiqəsində "Qəbələ" klubunun baş məşqçisi Ramiz Məmmədov özünü aqressiv apardığı və texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub isə 2000 manat cərimə olunub.
Oyunun 78-ci dəqiqəsində "Qəbələ" klubunun futbolçusu Anar Qasımov rəqibini bilərəkdən təpiklə vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdığı üçün futbolçu 2 oyunluq cəzalandırılıb, klub isə 2000 manat cərimə olunub. Bu matçda "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 1000 manat cərimə olunub.
Kubokun yarımfinal mərhələsi çərçivəsində keçirilən "Bakı" - "Qarabağ" matçı ilə bağlı da cazalar açıqlanıb. Qarşılaşmanın 59-cu dəqiqəsində "Bakı" klubunun futbolçusu Elvin Əliyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalandırılıb, klub isə 200 manat cərimə olunub. /ANS PRESS/