Qəbələ klubu qələbə qazandı
19 Noyabr 2012 Bazar Ertəsi 16:20
Futbol üzrə Azərbaycan çempionatının XIII turunun növbəti qarşılaşması keçirilib. Qəbələ klubu qələbə qazanıb.
Futbol üzrə Azərbaycan çempionatının XIII turunda növbəti qarşılaşma oynanılıb. ANS PRESS-in məlumatına görə, "Qəbələ" "Kəpəz"i qonaq edib. Görüş birincilərin 2:0 hesablı qələbəsilə yekunlaşıb. Qarşılaşmada Viktor Mendi, (61-dəq) və Rəşad Abdullayev (66 dəq, p.) fərqləniblər. "Qəbələ" bu qələbədən sonra aktivindəki xalların sayını 19-a çatdıraraq 4-cü pilləyə yüksəlib. "Kəpəz" isə 9 xalla əvvəlkitək sonuncudur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar