Qəbələ klubu Portuqaliyada futbolçu axtarır
08 May 2011 Bazar 17:01
Qəbələ klubu Portuqaliyada futbolçu axtarır. Əyalət təmsilçici transfer çalışmalarını davam etdirir.
Mahir Şükürovla Vurğun Hüseynovu heyətinə qatan, Saşa Yunisoğlu ilə yeni müqavilə imzalayan "Qəbələ" transfer çalışmalarını davam etdirir. Klub hazırda 3 əcnəbi futbolçu ilə danışıqlar aparır.

Həmin futbolçuların adları və milliyəti açıqlanmasa da, onların Portuqaliya və İsveçin elita, Fransanın aşağı dəstəsində çıxış edən oyunçular olduğu deyilir. Bunlardan biri mərkəz yarımmüdafiəçisi, ikisi hücumameyilli futbolçudur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar