Qəbələ klubu heyətini daha da gücləndirir
20 Yanvar 2012 Cümə 19:38
Qəbələ klubu Elmar Baxşıyev ilə 1 illik müqavilə imzalanıb.
“Qəbələ” futbol klubu qış fasiləsində ikinci transferini reallaşdırıb. ANS PRESS-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, daha öncə “Xəzər Universiteti”, “İnter”, “Xəzər Lənkəran” və “Neftçi” klublarında forma geyən və Azərbaycan milli komandasında oynayan Elmar Baxşıyev karyerasını “Qəbələ”də davam etdirəcək. Orta xətt oyunçusu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Qəbələ” qış fasiləsində Baxşıyevdən öncə Yannik Kamananın transferini rəsmiləşdirmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar