"Qəbələ" Danimarka yığmasının futbolçusunu transfer edir
13 Dekabr 2010 Bazar Ertəsi 18:30
Toni Adamsın komandası "Portsmut"un sabiq futbolçusuna təklif göndərib
"Mən Azərbaycan komandasına keçməyə etiraz etmirəm. Başqa ölkədə oynamaq mənə daha maraqlı olar. Lakin bunun üçün gərək tərəflər bütün şərtlərdə anlaşa bilsin. Hələlik mən danışıqları davam etdirirəm". Bu sözləri "Qəbələ"dən transfer təklifi alan danimarkalı futbolçu Brian Priske deyib.
Tam adı Brian Priske Pedersen olan futbolçu 14 may 1977-ci ildə Danimarkanın Horsens şəhərində dünyaya gəlib. 1,88 m boyu olan müdafiəçi "Horsens" klubunun yetirməsidir. 1997-ci ildə peşəkar futbolçu karyerasına başlayan Brian Danimarkanın "Aarhus" (1997-1999, 50 oyun, 5 qol), "Olborq" (1999-2003, 163 oyun, 1 qol), Beliçkanın "Genk" (2003-2005, 68 oyun, 1 qol) və "Brügge" (2006-2008, 64 oyun), İngiltərənin "Portsmut" (2005-2006, 30 oyun) klublarında forma geyinib. 33 yaşlı arxa xətt oyunçusu 2008-ci ildə vətəninə dönüb və "Veyle Boldklub"la anlaşıb. Bu komandada 61 oyun keçirib. Bu ildə Danimarkanın "Midtyilland" klubuna icarəyə verilib (11 oyun).
1998-1999-cu illərlə Danimaka U-21-də 15 oyun keçirən Priske 2003-2007-ci illərdə əsas yığmaya çağırılıb və 24 oyunda meydana çıxıb.
DOSTLARINLA PAYLAŞ: