Qəbələ çempion
18 İyun 2010 Cümə 11:45
Qəbələ klubu “Azercell U-17 liqa”nın qalibi olub.
AFFA-nın keçirdiyi “Azercell U-17 liqa”nın sonuncu turunun oyunlarına yekun vurulub. Çempionluğunu bir neçə tur əvvəldən rəsmiləşdirən “Qəbələ” sonuncu turda “Olimpik-Şüvəlan”ı qəbul edib.

AFFA-dan verilən məlumata görə, qarşılaşma “Qəbələ”nin 6:1 hesablı qələbəsilə başa çatıb. Oyun başa çatdıqdan sonra qalib komandanın mükafatlandırılması mərasimi keçirilib.

AFFA-nın Uşaq və Gənclər Futbolunun Tərəqqisi və Turnirlərin Keçirilməsi Şöbəsinin rəisi Elxan Səmədov “Azercell U-17 liqa”nın qalibi olan “Qəbələ” komandasına qızıl medallar və kubok təqdim edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar