Qəbələ baş məşqçisi istefaya göndərildi
02 Aprel 2013 Çərşənbə Axşamı 15:50
Buna səbəb komandanın ölkə kubokunda mübarizəni erkən dayandırmasıdlr.
“Qəbələ” rəhbərliyi baş məşqçisi Ramiz Məmmədovu istefaya göndərib. Bu barədə "apasport" komandaya istinadən məlumat yayıb.

İstefaya səbəb komandanın ölkə kubokunda mübarizəni erkən dayandırması və son vaxtlar Topaz Premyer Liqada zəif çıxış etməsidir.

Məmmədovun yerinə komandaya müvəqqəti olaraq “Qəbələ”nin əvəzedici heyətinin baş məşqçisi Luis Araqon gətirilib. Komandanın sükanı arxasına rusiyalı mütəxəss Sergey Yuranın gətiriləcəyi güman edilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar