Qəbələ - Bakı oyununda qalib müəyyənləşmədi
03 Mart 2011 Cümə Axşamı 17:41
Qəbələ və Bakı komandaları meydanda "sülh" bağlayıb.
NBC Bank Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” – “Bakı” oyununda qalib müəyyənləşməyib. Maraqlı idman mübarizəsində keçən qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb - 0:0.

Qarşılaşmanı şərh edən "Bakı" klubunun baş məşqçisi Aleksandrs Starkov zəyif oyun nümayiş etdirdiklərini etiraf edib: “Kubok iki oyundan ibarətdir. Bugünkü oyunda yaxşı oynamadıq, rəqibimizin daha çox qol imkanı oldu. Qalib cavab oyununda müəyyən olunacaq”.

“Qəbələ” klubunun baş məşqçisi Toni Adams isə kolleqasından fərqli fikirlər söyləyib: “Komandam yaxşı oynadı, gözəl oyun göstərdik. Bir neçə qol imkanı yaratsaq da, bunlardan istifadə edə bilmədik. Qələbə qazana bilərdik. “Bakı” əvvəlkindən daha yaxşı oynayır. Artıq cavab oyunu haqda fikirləşəcəyik”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar