Qəbələ Avrokuboklara düşməyə çalışacaq
21 Fevral 2010 Bazar 18:00
Ramiz Məmmədov bildirib ki, Qəbələ sübut etdi ki, sona qədər mübarizə aparan, əzmkar komandadır
"Komandamın bütün futbolçularını, həmçinin klubun rəhbərliyini təbrik edirəm. İlk "altılıq"da daha da yaxşı oyun göstərib, Avrokuboklara düşməyə çalışacağıq" Bu sözləri "Standard"la oyundan sonra "Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədov deyib. Onun bildirdiyinə görə, "Qəbələ" "Standard" qarşı oyunda sübut etdi ki, sona qədər mübarizə aparan, əzmkar komandadır.

"Standard"ın baş məşqçisi Böyükağa Hacıyev isə "Qəbələ"ni təbrik edib: "Bugünkü oyun çox gərgin keçdi, hər iki komanda baxımlı oyun göstərdi. "Qəbələ"ni "altılığa" düşməsi münasibəti ilə təbrik edirəm". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar