Qəbəblə transferləri yekunlaşdırıb
16 İyul 2013 Çərşənbə Axşamı 08:35
Klub iyulun 17-də növbəti hazırlıq üçün Avstriyaya yollanacaq.
“Artıq transfer işini başa vurmuşuq. Daniyel Subotiçlə Leonardo son transferlərimiz idi. Avstriya toplanışı yeni gələn futbolçularla köhnələrin anlaşmasına xidmət edəcək”. Bunu apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.
Türkiyədən qayıdan və hazırda ölkəmizdə istirahətdə olan “Qəbələ” iyulun 17-də növbəti hazırlıq üçün Avstriyaya yollanacaq. Ancaq hələ ki, qarşılaşmaların tarixi bəlli deyil. “Hələ ki, rəqiblərimiz bəlli deyil. Bizə Serbiya klubları ilə yoxlama oyunu keçirmək təklif olunub. Ancaq hələ rəqib seçimində tələsmək istəmirik. Bununla belə, yoxlama oyunlarının vaxtı bəllidir. İyulun 20-si, 23-ü və 27-də gücümüzü sınamaq istəyirik. Avstriyada “Trend Austria” otelində qalacağıq”, Əziov deyib.
Qeyd edək ki, “Qəbələ” bundan öncə Türkiyə toplanışı zamanı 4 yoxlama oyunu keçirib. Zaporojye “Metallurq”u (1:1) və “Antalyaspor”la (2:2) bərabərliyə qalan Yuri Syominin yetirmələri “Trabzonspor”a 0:2 hesabı ilə yenilib. “Qırmızı-qaralar” yalnız “İspartaspor”dan üstün olub – 7:0.
DOSTLARINLA PAYLAŞ: