Qazprom FİFA sponsuru oldu
14 Sentyabr 2013 Şənbə 18:40
Qazprom 2015-2018-ci illər ərzində beynəlxalq futbol qurumuna maliyyə dəstəyi göstərəcək.
Rusiyanın "Qazprom” şirkəti FİFA-nın rəsmi sponsuru olub. ANS PRESS Rusiya mətbuatına istinadən məlumat verir ki, “Qazprom”şirkəri FİFA-nın 2015-2018-ci illər üzrə sponsuru olmağa razılıq verib.

Razılaşma Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə “Qazprom”un idarə heyətinin sədri Aleksey Miller ilə FİFA-nın prezidenti Yozef Miller tərəfindən imzalanıb.

"Qazprom" şirkəti "Zenit" və "Çelsi" klublarına maliyyə dəstəyi göstərir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar