Qaziantep Fənəri söndürdü
14 Noyabr 2010 Bazar 04:00
Səfərdə “Bursaspor”u məğlub edən “Trabzonspor” isə vahid liderliyə yüksəldi
“Fərənbaxça” klubu Türkiyə çempionatı çərçivəsində səfərdə “Qaziantepspor”la qarşılaşıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Fərənbaxça” 11-ci dəqiqədə Stoçun btürməsindən sonra Aleksin başı ilə vurduğu qolla hesağbda irəli çıxıb. Birinci hissə bu hesabla başa çatıb. 78-ci dəqiqədə isə Sərdar Kurtuluş hesabı bərabərləşdirib. “Qaziantepspor” bununla da kifayətlənməyib və 84-cü dəqiqədə Olcan Adın komandasının qələbə qolunu vurub-2:1.

Bu oyundan sonra hesabındakı 21 xalı artıra bilməyən “Fərənbaxça” liderlik yolunda böyük zərbə aldı. “Qaziantepspor” isə xallarının sayını 17-ə çatdırıb və turnir cədvəlində birdən-birə iki pillə irəliləyib.

Yeri gəlmişkən, “Fərənbaxça”nın braziliyalı ulduzu Aleks Türkiyədəki 100-cü qolunu vurmaqla “100-lər klubu”na girib.

Ötən günkü oyunlardan sonra Türkiyə çempionatında növbəti dəfə lider dəyişikliyi olub. “Trabzonspor” səfərdə “Bursaspor”u 2:0 hesabı ilə məğlub edib. Bu qələbədən sonra Trabzon klubu xallarının sayını 29-a çatdırıb və liderliyə yüksəlib. İkinci yerdə 27 xalı olan “Kayserispor”, üçüncü yerdə isə 25 xalla “Bursaspor”dur. “Fənərbaxça” 4-cü (21 xal), bir oyun az keçirən “Beşiktaş” (17 xal) 8-ci, “Qalatasaray” (16 xal) isə 10-cu pillədədir. “Beşiktaş” və “Qalatasaary” 12-ci turun oyununu bu gün “Gənclərbirliyi” və “Manisaspor”a qarşı keçirəcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar