Qazaxıstan Fransadan güclü çıxdı
27 Fevral 2011 Bazar 20:16
Qazaxıstan Fransadan güclü çıxdı. 3-cü yerin taleyini həll edən görüşdə qazax futzalçıları 2:0 hesabı ilə qalib gəlib.
Bu gün futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa və Qazaxıstan yığmaları üz-üzə gəlib. 3-cü yerin taleyini həll edən görüşdə qazaxlar daha güclü olub. Onlar Fransanı millisini 2:0 hesabı ilə məğlub edib.

Günün son qarşılaşması isə artıq Xorvatiyaya vəsiqəni təmin edən Azərbaycan və İspaniya milliləri arasında olacaq. Hər iki komanda final mərhələsinə qrup qalibi kimi yollanmaq üçün mübarizə aparacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar