Qazaxıstan – Azərbaycan matçının vaxtı məlum oldu
05 Aprel 2011 Çərşənbə Axşamı 14:43
Matç Bakı vaxtı ilə 18:00-da start götürəcək
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının keçirəcəyi növbəti oyunun vaxtı müəyyənləşib.

ANS PRESS-in UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimizin Qazaxıstan yığması ilə keçirəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Qazaxıstan – Azərbaycan oyunu iyunun 3-də, Astana şəhərindəki “Astana Arena”da keçiriləcək.

Xatırladaq ki, yığmamız Avro-2012-nin seçmə mərhələsi çərçivəsində son oyununu Brüsseldə Belçika yığma komandasına qarşı keçirmişdi. Bu qarşılaşma milli komandamızın 1:4 hesablı qələbəsilə yekunlaşmışdı.



DOSTLARINLA PAYLAŞ:

oyunlar