Qazaxıstan – Azərbaycan matçının hakimləri məlum oldu
01 İyun 2011 Çərşənbə 16:34
“Astana Arena”da baş tutacaq görüşdə şotlandlar ədaləti təmin edəcəklər.
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 3-də “Astana Arena”da keçiriləcək Qazaxıstan – Azərbaycan oyununu idarə edəcək hakimlərin adına aydınlıq gəlib. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, qarşılaşmanı şotlandiyalı hakimlər briqadası idarə edəcək:

Baş hakim: Euan Norris, baş hakimin köməkçiləri: Ceyms Bee, Alasdair Ross, dördüncü hakim: Alan Mui.

Xatırladaq Qazaxıstan – Azərbaycan qarşılaşması iyunun 3-də yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 18:00) start götürəcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar