Qayayadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb
14 Sentyabr 2011 Çərşənbə 10:56
Kişilər arasında Gürcüstan, qadınlar arasında çempionatda isə Azərbaycan idmançısı birinci olub
Bakı şəhərindəki “Green Rock” süni Qayayadırmanma Mərkəzində Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə keçirilən İdman Qayayadırmanması üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə Açıq Respublika Çempionatında Gürcüstan idmançıları da iştirak edib və kişilər arasında birincilik qazanıblar. Buna baxmayaraq, federasiyanın üzvləri Renat Salikov və digərləri sonrakı yerləri bölüşməyə müvəffəq olublar.

Qadınlar arasında keçirilən yarışmada isə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançısı Könül Hüseynova çempionatın ən yüksək göstəricisi ilə – 197 xalla birincilik qazanıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar