Hər iki komandanın oyunçuları hadisəyə müdaxilə edərək baş verəcək dava-dalaşın qarşısını alıblar
Çempionlar Liqası 1/8 final mərhələsinin ilk oyununda “Milan”ın “Tottenhem” qarşısında 1-0 hesablı məğlubiyyəti gərginliyə səbəb olub. San Siro şəhəri “Cüzeppe Meatsa” stadionunda keçirilən matç başa çatdıqdan sonra “Milan”ın yarım müdafiəçisi Qattuzo ilə “Tottenhem”in köməkçi məşqçisi Defoe arasında mübahisə baş verib. Qattuzonun Defoeyə kəllə vurması isə gərginliyi çoxaldıb. Hər iki komandanın oyunçuları hadisəyə müdaxilə edərək baş verəcək dava-dalaşın qarşısını alıblar.