Qattuzo Mahir Şükürovla bir klubda oynayacaq
01 Mart 2011 Çərşənbə Axşamı 17:36
Mahaçqalanın "Anji" klubu italiyalı futbolçuya fantastik məbləğ təklif edib
İtaliyanın “Milan” klubunun futbolçusu Cennaro Qattuzo Mahaçqalanın “Anji” klubu ilə müqavilə imzalayıb. Bu iddia ilə Rusiyanın “Sovetski sport” qəzeti çıxış edib. Rusiyalı həmkarlarımızın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, Qattuzo Rusiyada çıxışlarına görə, ildə 10 milyon avro məvacib alacaq. Qattuzonun “Anji”də debütünün isə yayda baş tutacağı gözlənilir.

Cennaro Qattuzo “Milan”ın əfsanəvi futbolçularından sayılır. O, İtaliya klubunun heyətində 300-dən çox matç keçirib.

Xatırladaq ki, “Anji” klubunda yığma komandamızın üzvü Mahir Şükürov və braziliyalı futbolçu Roberto Karlos çıxış edir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar