Qarşıma məqsəd qoydum ki, bu adı qazanım
22 Dekabr 2010 Çərşənbə 00:00
Rəşad Sadıqov: "Başqa futbolçulara nümunə olmalıyam"
“Futbol üzrə Azərbaycan yığmasının üzvləri arasında ilin ən yaxşı futbolçusu seçilmişəm. Buna görə çox sevinirəm”. ANS PRESS-in məlumatına görə, bu sözləri millimizin kapitanı Rəşad Sadıqov AFFA ilə "Paşa Sığorta" arasında tərəfdaşlıq müqaviləsinin imzalanması və 2010-cu ildə milli komandaların ən yaxşı oyunçularının mükafatlandırması mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

“Mən yığmanın kapitanı olduğuma görə başqa futbolçulara nümunə olmalıyam və öz oyunumla komandada yoldaşlarımı ruhlandırmalıyam. Sevinirəm ki, bu il əvvəlkilərdən daha uğurlu oldu. Ötən il ən yaxşı oyunçu Vaqif Cavadov seçilmişdi. Onun seçilməsinə mən də sevinmişdim. Amma mən də idmançıyam, qarşıma məqsəd qoydum ki, bu adı qazanım. Hər il qarşıma belə məqsəd qoyuram”, - deyə o əlavə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar