Qardaşını itirən Rəşad Sadiqov məşqlərə başladı
01 Avqust 2011 Bazar Ertəsi 15:19
Kapitanın “Qarabağ” – “Brügge” matçında iştirak edəcəyi gözlənilir
Avroliqanın III təsnifat mərhələsində mübarizəni davam etdirən “Qarabağ” klubu Belçikanın “Brügge” klubu ilə cavab qarşılaşmasına hazırlaşır.

ANS PRESS-in “Qarabağ” klubuna istinadən verdiyi məlumata görə, “Qarabağ” Belçikadan döndükdən sonra dünən Suraxanı qəsəbə stadionunda məşqə çıxıb. Məşq prosesi 90 dəqiqə davam edib.

Çalışmada dizindən zədələnərək sıradan çıxan Vüqar Nadirov iştirak etməyib. Əvəzində təxminən 3 həftədir oynamayan Tural İsgəndərov kollektivlə məşqlərə qatılıb. Rəşad Sadiqov da məşqlərə qatılır.

“Qarabağ”ın kapitanı qardaşının vaxtsız vəfatı ilə əlaqədar olaraq Belçikadakı matçda iştirak edə bilməmişdi. 28 yaşlı yarımmüdafiəçi dünən komandanın düşərgəsinə qoşularaq məşqlərə başlayıb.

Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində ilk matçda Belçikada yerli “Brügge” klubuna 1:4 hesabı ilə uduzmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar