Qardaş qardaşa qarşı
12 Oktyabr 2010 Çərşənbə Axşamı 01:00
Azərbaycan və Türkiyə milliləri altıncı dəfə qarşılaşırlar.
Bu gün 2012-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Türkiyə milliləri qarşılaşacaqlar. Oyun saat 20.00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Azərbaycan və Türkiyə milliləri indiyədək beş dəfə qarşılaşıblar. Bu oyunlardan dördündə türkiyəlilər qalib gəliblər, bir oyunda heç-heçə qeydə alınıb. Azərbaycan millisi bu qarşılaşmalarda 8 top buraxıb və cəmi bir dəfə rəqib qapısına yol tapıb.
Bakıda 1996-cı il aprel 9-da keçirilən yoldaşlıq oyununda Türkiyə millisi Rəhim Zəfərimn qou ilə 1:0 hesabı ilə qalib gəlib.
Komandalar 2000-ci il oktyabrın 11-də komandalar yenə Bakıda qarşılaşıblar. 2002-ci il Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən oyunda Türkiyə millisi Hakan Şükürün qolu ilə üç xal qazanıb.
Cavab qarşılaşması 2001-ci il iyunun 2-də İstanbulda keçirilib. Bu dəfə Tayfun Qorqud, Oktay Dərəlioğlu və Hakan Şükür fərqlənib və millimiz 3:0 hesabı ilə məğlub olub.
Komandalar arasında növbəti qarılaşma Bakıda 12 aprel 2006-cı ildə Bakıda keçirilib. Yoldaşlıq oyununda Azərbaycan millisi Rəşad Sadıxovun penalti zərbəsi ilə hesabda irəli çıxıb. Lakin bundan cəmi 14 dəqiqə sona Həsən Kabze bərabərlik qolunu vurub.
İki ölkə millisi sonuncu dəfə 2009-cu il iyunun 2-də Kayseridə qarşılaşıb. Türkiyə millisi Həlil Altıntop və İbrahim Üzülməzin qolları ilə qalib gəlib. anspress
DOSTLARINLA PAYLAŞ: