Qaradağ klubu Avropaya yollanır
30 Dekabr 2011 Cümə 22:01
I divizion təmsilçisi Qaradağ klubu yeni futbolçular transfer etmək istəyir.
I divizionun lideri “Qaradağ” klubu Avropada təlim-məşq toplanışı keçəcək. Bu barədə komandanın yeni baş məşqçisi Adil Mahmudov məlumat verib. Baş məşqçi Avropa ölkələrindən birinə üz tutacaqlarını desə də, ad açıqlamayıb. O, həmçinin 2-3 yeni futbolçu transfer edəcəklərini deyib.

“Rəhbərlik hazırda komanda üçün bütün şəraiti yaradıb. Heyətdəki futbolçular hələlik komandada qalacaqlar. 2-3 yeni futbolçu transfer etmək istəyirik. İnşallah, ikinci dövrədə də məğlubiyyətsiz seriyanı davam etdirib, Premyer Liqaya yüksəlmək istəyirik. Mənə göstərilən etimadı doğrultmağa çalışacağam”, - deyə o vurğulayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar