Qaradağ darmadağın edildi
28 Avqust 2011 Bazar 18:18
Qaradağ Olimpiya İdman Kompleksinin stadionunda yoldaşlıq oyunu keçirilib
I divizionda çıxış edəcək "Qaradağ" (keçmiş "Neftçi" İSM) və "Şahdağ" arasında yoldaşlıq oyunu keçirilib. Qarşılaşma Qaradağ Olimpiya İdman Kompleksinin stadionunda baş tutub. Oyun "Qaradağ"ın darmadağını ilə yekunlaşıb - 7:0.

Rəhman Musayevlə Novruz Ələkbərovun dubl etdiyi oyunda Rüfət Musayev, Abdulla Zülfüqarov və Emin Əmiraslanov hərəyə bir dəfə fərqlənib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar