"Qarabağ" yeni transferlər edə bilər
25 Noyabr 2010 Cümə Axşamı 16:00
Bununla belə Qurban Qurbanov hazırki heyəti də qoruyub saxlamağı düşünür
Futbol üzrə Unibank Premyer Liqasının medallarına iddialı “Qarabağ” klubu qış fasiləsində heyətini yeni transferlərlə gücləndirəcək. Bununla belə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov hazırki heyəti də qoruyub saxlamağı düşünür.
“Deməzdim ki, komandadan kimsə getsin. Demək olar ki, iki ildir ki, hazırki komandada olan futbolçularla bir yerdəyik. Bu müddət ərzində müəyyən uğurlar qazanmışıq. Ancaq lazım olan zaman komandada dəyişiklik etməyi bacarmaq lazımdır. Hələ qışadək vaxtımız var. İstisna olunmur ki, komandada müəyyən dəyişikliklər edərək yeni transferlər həyata keçirəcəyik”, - deyə Qurban Qurbanov bildirib.
DOSTLARINLA PAYLAŞ: