"Qarabağ" yeni stadionda ilk məşqinə çıxdı
01 Dekabr 2010 Çərşənbə 17:40
Ağdam təmsilçisi "İnter"lə oyuna hazırlaşır
“Qarabağ” futbol klubu “İnter”lə oyunun hazırlıqlarını davam etdirir. Dekabrın 4-də rəqibi ilə qarşılaşacaq Ağdam təmsilçisinin üzvləri bu gün ilk olaraq trenajor zalında çalışıb. ANS PRESS-in “Qarabağ” futbol klubuna istinadən verdiyi məlumata görə, ardınca komandanın futbolçuları Suraxanı qəsəbə stadionuna yollanıb. Uzun zamandır təmirə bağlanan qəsəbə stadionunda komanda bu gün ilk dəfə məşqə çıxıb. “Qarabağ” “İnter”i məhz bu stadionda qəbul edəcək.
Ağdam təmsilçisinin heyətində zədəli futbolçular da zədələrini sağaldıb. Ötən tur Emin İmaməliyev meydana çıxıb, Maksim Medvedev ehtiyatda qalsa da, gənc müdafiəçi “İnter”lə oyunda tam sağlam vəziyyətdə olacaq. Digər zədəlilər - Samir Abasov və Andrey Rubinsin də artıq komandayla məşqlərə başlaması söylənilir.
Hazırda komandadan ayrı məşq edən sadəcə Əfran İsmayılov və Ayxan Abbasovdur. Onların da gələn həftədən etibarən qrup çalışmalarına qoşulacağı gözlənilir.
DOSTLARINLA PAYLAŞ: