Qarabağ – Streymur matçının biletləri satışdadır
19 İyul 2011 Çərşənbə Axşamı 10:30
Qarabağ – Streymur matçının biletləri satışdadır. Azarkeşlərimiz 1 manat xərc çəkərək oyunu stadiondan izləyə bilərlər.
Avroliqanın II mərhələsinin cavab görüşü çərçivəsində baş tutacaq “Qarabağ” – “Streymur” matçının biletləri satışa çıxarılıb.
ANS PRESS-in məlumatına görə, azarkeşlərimiz oyunun biletlərini qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionun kassalarından əldə edə bilərlər.
Bilətlərin qiyməti sektorundan asılı olmayaraq (1-dən 28-ə qədər) 1 AZN, VİP D isə 10 AZN-dir. 29-32-ci sektorlara yerlər isə dəvətnamə ilə tutulacaq.

Qeyd edək ki, Avroliqanın II mərhələsinin “Qarabağ” - “Streymur” cavab qarşılaşması iyulun 21-i saat 21:00-da start götürəcək. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar