Qarabağ Şimali İrlandiyaya itki ilə yollanır
12 İyul 2010 Bazar Ertəsi 20:05
Qarabağ klubu Şimali İrlandiyaya itki ilə yollanır. Admir Teli ilə Ansi Aqoli "Portadaun"la oyunda iştirak etməyəcək.
"Qarabağ" Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacağı "Portadaun"la oyunun hazırlıqlarını davam etdirir. Gündə bir dəfə olmaqla, məşq edən komanda Suraxanı qəsəbə stadionunda çalışır.
"Qarabağ" sabah Şimali İrlandiyaya yollanacaq. İki oyunluq cəzalanan Admir Teli ilə yanaşı, zədəsini hələ tam sağaltmayan yeni transfer Ansi Aqoli də oyunda iştirak edə bilməyəcək. Onlarla yanaşı, kiçik zədəsi olan Rəşad Kərimov da Britaniyaya getməyəcək. Ayxan Abbasov isə sağalıb və komandayla məşqlərə qoşulub.
Komanda üzvlərinin sabah viza alacağı gözlənilir.
Qeyd edək ki, "Portadaun" - "Qarabağ" oyunu yerli vaxtla 20.45-də başlayacaq. Şimali İrlandiya ilə Azərbaycan arasındakı 4 saatlıq zaman fərqini nəzərə alsaq, oyun Bakı vaxtı ilə saat 00.45-də start götürəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: