"Qarabağ" reytinq cədvəllərinə liderlik edir
06 Avqust 2010 Cümə 19:45
Təmsilçimiz Qarabağ 5 reytinq xalı qazanıb.
Avropa Liqasında dünən gecə Polşa “Visla”sına dərs keçən “Qarabağ” indi bütün Azərbaycanın komandasına çevrilib. Avropa fatehlərimiz bir-birinin ardınca qələbələr qazandıqca avrokuboklardakı reytinqimiz də əhəmiyyətli dərəcədə artır. Bu il məğlubiyyət acısı dadmadan “play-off”-a adlayan təmsilçimiz təkbaşına 5 reytinq xalı qazanıb. İndi ölkəmizin reytinq xalı orta hesabla 2-dir. Amma möhtəşəm statistika bununla da yekunlaşmır.

Bu il avrokuboklarda təkbaşına topladığı xallara görə “Qarabağ”ımız 1-ci pillədədi! Bu hesablamaları www.xs4all.nl statistika saytı aparıb və reytinqdə ölkəmiz Avropada 8-ci yerəsahib olub. Ölkəmizi avrokuboklarda təmsil etmiş “Xəzər Lənkəran”, “İnter” və “Bakı” isə 109-cu yerdə qərarlaşıblar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar