Qarabağ rəqibə divan tutdu
25 Fevral 2011 Cümə 16:21
Ağdam təmsilçisi Qarabağ "Turan"ı 5:1 hesabı ilə məğlub edib.
Unibank Premyer Liqasında XXII turun oyunlarına start verilib. ANS PRESS-in Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, turun açılış matçında “Qarabağ” “Turan”ı qəbul edib.

Oyun Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsilə yekunlaşıb. “Qarabağ”ın heyətində Elvin Məmmədov (9 dəq), Georgi Adamiya (10, 16 dəq), Rauf Əliyev (53 dəq) və Admir Teli (90 dəq) fərqlənib. “Turan”ın təsəlli qoluna isə Fərmayıl Əliyev (57 dəq) imza atıb.

Bu qələbə sayəsində “Qarabağ” aktivindəki xalların sayını 42-yə çatdıraraq 3-cü pilləyə yüksəlib. “Turan” isə 15 xalla 10-cu pillədədir.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar