Qarabağ qələbə qazandı
01 İyul 2010 Cümə Axşamı 23:05
"Qarabağ" 10 nəfərlə böyük hesablı qələbə qazandı. Makedoniya təmsilçisi Bakıda məğlub oldu.
Bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin oyunlarına start verilib. Cari mövsümdə Unibank Premyer Liqasının bürünc medallarını qazanaraq bu yarışda iştirak etmək hüququ əldə etmiş "Qarabağ" bu gün ilk oyununu keçirib. "Qarabağ" Makedoniyanın "Metalurq" klubu ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Metalurq" oyunu təmsilçimizin qələbəsi ilə başa çatıb.
Təmsilçimizin vurduğu 4 qol əvəzində Makedoniya klubu cəmi 1 təsəlli qolunu vura bilib. Matçda ilk qolu 25-ci dəqiqədə Rəşad Sadıqov vurub. Ərfan İsmayılovun 45-ci dəqiqədə vurduğu qoldan sonra “Qarabağ” fasiləyə 2:0 üstünlüklə yollanıb.
51-ci dəqiqədə növbəti kobudluğuna görə Admir Telinin qırmızı kart alması komandamızın azlıqda qalması ilə nəticələnib. Buna baxmayaraq 84-cü dəqiqədə və ikinci hissəyə əlavə edilmiş vaxtda Emin İmaməliyev və Georgi Adamiyanın qolları “Qarabağ”ı hesabda 4:0 önə çıxarıb. Qarşılaşmanın sonuncu dəqiqəsində isə “Metallurq” təmsilçisi M.Simonovski vurulan qollardan birinin əvəzini çıxa bilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: