Qarabağ pul cəriməsi ödəyəcək
    19 Fevral 2010 Cümə 13:25
    İntizam Komitəsi Ağdam təmsilçisi Qarabağ klubunu 1000 manat cərimələyib
    
                	 
    
         AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantıda Unibank Premyer Liqasında keçirilən XXI tur müzakirə edilib. 
AFFA-dan verilən məlumata görə, 17 fevral tarixində baş tutan Unibank Premyer Liqasının “Qarabağ” – “İnter” qarşılaşmasında ev sahibi komandadan 7 futbolçunun sarı vərəqə aldığı üçün Ağdam klubu 1000 manat cərimə olunub. 
Xatırladaq XXI tur çərçivəsində keçirilən “Qarabağ” – “İnter” matçı 1:1 hesabı ilə nəticələnmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: